Bakı/01.12.21 Azərbaycan Daxili İşlər Nazirliyi bu gün Bakının mərkəzində Fəvvarələr Meydanında keçirilən aksiya barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, "1 dekabr saat 15:00-a yaxın bir qrup şəxs Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd edərək ölkədə xüsusi karantin rejimi qaydalarını pozub".
Cəhdin qarşısı polis tərəfindən qətiyyətlə alınıb. Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polisə müqavimət göstərmək istəyən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən çıxarılıb.
Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün araşdırma aparılır. məlumatda bildirilir.—06D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder