Bakı/01.12.21 Noyabrın 30-da Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində həlak olan hərbçilər, Azərbaycan sərhəd qoşunlarının 11 zabiti dekabrın 1-də İkinci Şəhidlər Xiyabanında dəfn edilib. Daha üç mərhum ailə qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə Sərhəd Xidmətinin rəhbərliyi, digər güc qurumlarının rəhbərləri və hökumət nümayəndələri iştirak ediblər.
"Sərhədçi" İdman Kompleksində keçirilən vida mərasimində 10 mindən çox adam iştirak edib.
Xatırladaq ki, vertolyot Xızı rayonunun dağlıq ərazisinə eniş zamanı qeyri-müəyyən şəraitdə qəzaya uğrayıb. Fəlakətin səbəbi hələ müəyyən edilməyib. -02B-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder