1 Aralık 2021 Çarşamba

Kommunikasiyaların açılması üzrə işçi qrupunun iclası Moskvada keçiriləcək

Bakı/01.12.21 Dekabrın 1-də Moskvada regionda kommunikasiyaların açılması üzrə Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli işçi qrupunun iclası keçiriləcək. Üç ölkənin baş nazir müavinləri noyabrın 26-da Soçidə üç ölkənin liderləri tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə praktiki məsələləri nəzərdən keçirəcəklər.

Xatırladaq ki, gündəlikdə iki əsas məsələ var: Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanması, habelə kommunikasiyaların - dəmir və avtomobil yollarının açılması.

Bu addımlar humanitar məsələlərin həllilə müşayiət olunmalıdır ki, bu da Qarabağda saxlanılan erməni hərbçilərin azad edilməsini nəzərdə tutur. -02D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder